Slimfit
  1. İQTİSADİYYAT

İranın OPEC-dəki nümayəndəsi komaya düşüb

İranın OPEC-dəki nümayəndəsi komaya düşüb
Sakura

İranın OPEC-dəki nümayəndəsi komaya düşüb

 

İranın OPEC-dəki nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili beyninə qansızma nəticəsində komaya düşüb.

Report” “newsru”ya istinadən xəbər verir ki, o, mayın 1-də xəstəxanaya yerləşdirilsə də məlumat gecə yayılıb.

Bildirilib ki, Ərdəbili təcrübəli müzakirəçi və diplomatdır. O, əvvəllər Yaponiyada səfir işləyib. Ərdəbili İranın neft sektorunda başlıca fiqur və neft naziri Bijən Zəngənənin sağ əli sayılır. 2015-ci ildə İranın nüvə proqramı ilə bağlı Əhatəli Razılaşma Müqaviləsi imzalanandan sonra Kazımpur Ərdəbilinin sayəsində bu ölkənin neft hasilatını qismən bərpasına OPEC-də nail olunub.

Məlumata görə, diplomatın ürəyində problem olub. Ərdəbili bu səbəbdən OPEC-in cari il martın 5-də keçirilən növbədənkənar iclasında iştirak etməyib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR