İranın neft naziri: 'ABŞ sanksiyaları ölkədə qaz hasilatına təsir etməyib'
"ABŞ sanksiyaları İrandakı qaz istehsalı və tikinti layihələrinə təsir etməyib".
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu İranın Neft naziri Bijan Nəmdar Zəngənə Moskvada keçirilən "Rusiya energetika həftəsi"ndə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu il İranın cənubundakı yataqda hasilatı gündə 70 milyon kubmetrə çatdıracaqlar.
Qeyd edək ki, neft alışına qadağa qoyulmasını özündə ehtiva edən İrana qarşı sanksiyalar Vaşinqton tərəfindən 2018-ci ilin noyabrında - ABŞ prezidenti Donald Trampın ABŞ-ı İranın nüvə sazişindən birtərəfli qaydada çıxarmaq qərarından dərhal sonra bərpa edilib. ABŞ 2018-ci ilin noyabr ayından səkkiz ölkə və əraziyə - Çin, Yunanıstan, Hindistan, İtaliya, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyə İran neftinin idxalını davam etdirmək üçün altı ay vaxt verib, lakin 2 may 2019-cu il tarixində bu istisnalar başa çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət