Dərc edildi: Baxış sayı: 146
İranın İsrailin hücumuna cavab qərarını nələr dəyişdirə bilər? - Pezeşkian açıqladı
İsrailin Qəzza zolağında və Livanda atəşkəsə razılaşması İranın 26 oktyabr hücumundan sonra bu ölkəyə qarşı cavab addımı atmaq qərarına təsir edə bilər.
Oxu.Az IRNA-ya istinadən xəbər verir ki, bunu respublika Prezidenti Məsud Pezeşkian deyib.
"Onlar çox yaxşı bilirlər ki, İrana qarşı hər hansı bir səhv etsələr, sarsıdıcı cavab alacaqlar. Yalnız davranışlarına yenidən nəzər salaraq və atəşkəsə razılaşaraq, bölgədə günahsız insanların öldürülməsinə son qoysalar, bu bizim necə cavab verəcəyimizə təsir göstərə bilər", - M.Pezeşkian bildirib.
Prezident regionda gərginliyin artmasına görə bütün məsuliyyəti İsrailin üzərinə qoyub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət