Slimfit
  1. DÜNYA

İranın iqtisadiyyat və maliyyə naziri istefaya göndərilib

İranın iqtisadiyyat və maliyyə naziri istefaya göndərilib
Sakura

İranın iqtisadiyyat və maliyyə naziri istefaya göndərilib

İran parlamenti iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiani istefaya göndərib.

AZƏRTAC İRNA informasiya agentliyinə istinadla xəbər verir ki, bu gün İran parlamentində iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasianin impiçmenti üzrə səsvermə keçirilib. Səsvermədə 260 deputat iştirak edib. Onlardan 121-i Məsud Kərbasianin lehinə, 137-si isə əleyhinə səs verib, iki deputat bitərəf qalıb.

Xatırladaq ki, avqust ayının əvvəllərində İran rialı qara bazarda dollara nisbətdə rekord həddə - 120 min riala qədər ucuzlaşıb. Mayın sonlarında isə bu rəqəm 65 min rial təşkil edirdi. Bu proses inflyasiya və istehlak mallarının, yanacağın qiymətlərinin artması ilə müşahidə olunub. Bu da ictimaiyyət arasında narazılıq doğurub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR