Slimfit
  1. CƏMİYYƏT

İranın cənubundan dəvə ilə səyahətə çıxan turist 9 ay sonra Gəncəyə çatıb

İranın cənubundan dəvə ilə səyahətə çıxan turist 9 ay sonra Gəncəyə çatıb
Sakura

İranın cənubundan dəvə ilə səyahətə çıxan turist 9 ay sonra Gəncəyə çatıb

9 ay əvvəl İranın cənubundan səyahətə çıxan iranlı turist Gəncəyə çatıb.

APA-nın yerli bürosunun məlumatına görə, dəvə ilə səyahətə çıxan Məhəmməd Əmiri Rudan İranın Bəndər-Abbas şəhərindəndir. O, ötən ilin may ayında İranın cənubundan dünya səyahətinə çıxıb. Doqquz ay sonra Azərbaycana çatan iranlı turis ötən gün Gəncə şəhərində olub.

Məhəmməd Əmiri Rudan APA-nın yerli bürosuna açıqlamasında Gəncənin tarixi haqqında çox eşitdiyini, lakin bu şəhəri heç vaxt görmədiyini deyib: “Mən artıq haqqında çox eşitdiyin Gəncə şəhərindəyəm. Burada dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcəm və şəhərin bir çox yerlərini gəzəcəm”.

Məhəmməd Əmiri qeyd edib ki, Azərbaycana qədəm qoyduğu gündən əhali onu səmimiyyətlə, qonaqpərvərliklə qarşılayıb: “Çox gözəl ölkəniz var, insanlarınız çox mehriban, gülərüz, qonaqpərvərdirlər”.

Qeyd edək ki, iranlı turist Məhəmməd Əmiri Azərbaycanda Avropaya getmək niyyətindədir. Avropa səyahətindən sonra isə o, Mərkəzi Amerika, Avstraliya və Afrika ölkələrini də gedəcəyini açıqlayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR