Slimfit
  1. İQTİSADİYYAT

İrandan Türkiyəyə qaz nəqli dayanıb

İrandan Türkiyəyə qaz nəqli dayanıb
Sakura

İrandan Türkiyəyə qaz nəqli dayanıb

İrandan Türkiyəyə qaz nəqli bu gündən dayanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, buna səbəb İran-Türkiyə qaz boru kəmərində partlayış baş verməsidir.

İranın Milli Qaz Şirkətinin nümayəndəsi Mehdi Cəmşidi Dana bildirib ki, bundan öncə də  İran-Türkiyə qaz boru kəməri bir neçə dəfə partladılıb: "Bu dəfə də ehtimal olunur ki, qaz kəmərini PKK terror təşkilatı partladıb. Bundan əvvəl də dəfələrlə belə hallar olub”.

M. Cəmşidi Dana partlayışın Türkiyə ərazisində-İranla sərhəddə baş verdiyini bildirib: "Bu gün səhər saat 6:50 dəqiqədən İranda Türkiyəyə  qazın nəqli dayandırılıb. Koronavirusla əlaqədar Türkiyənin Bazarqan sərhəd buraxılışındakı nümayəndəsi xidmət yerində deyil. Lakin biz bu haqda Türkiyə tərəfində məlumat vermişik".

O deyib ki, qaz boru kəmərinin təmir edilməsi və qaz ixracının bərpası 3-4 gün çəkə bilər.

Qeyd edək ki, bu gün səhər saatlarında İrandan Türkiyə ərazisinə qaz ötürən kəmərdə partlayış baş verib. Məlumata əsasən, hadisə yerli vaxtla saat 06:00 radələrində qeydə laınıb. Partlayışın Türkiyənin Ağrı vilayətinin Gülbulak sərhəd keçid məntəqəsi rayonunda baş verdiyi bildirilib. Partlayışdan sonra 40 metr yüksəklikdə alov müşahidə edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR