Dərc edildi: Baxış sayı: 532
:0
İrandan Makronun tələbinə cavab
İran Xarici İşlər Nazirliyi Prezident Emmanuel Makronun Fransa vətəndaşı olan iki tədqiqatçının həbsdən azad edilməsiylə bağlı tələbinə cavab verib.
Axar.az xəbər verir ki, Tehranın mövqeyini İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi səsləndirib.
“Fransızlar unutmamalıdırlar ki, İran suveren ölkədir. Nə bizim hökumətimiz kimdənsə məsləhət qəbul edir, nə məhkəmə hakimiyyətimiz. Daxili işlərə müdaxilə bizim üçün qəbuledilməzdir”, – deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət