Dərc edildi: Baxış sayı: 130
“İrandan İsrailə 180 raket atılıb”
“İran İsrail ərazisinə təqribən 180 raket atıb”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə ordusunun Mətbuat xidmətinin nümayəndəsi Anna Ukolova açıqlayıb.
Onun sözlərinə görə, raketlərin əksəriyyəti zərərsizləşdirilib: “İsrailin Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinə zərər dəyməyib”.
Ukolova, həmçinin qeyd edib ki, İsrailin mərkəzində və cənubunda bir neçə binaya raket düşsə də, vurulan zərər minimaldır.
Xatırladaq ki, oktyabrın 1-də İran İsrail ərazisinə kütləvi raket zərbələri endirib. Bundan əvvəl, “Jerusalem Post” İrandan İsrailə doğru 400-ə yaxın raket atıldığını yazmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət