Slimfit
  1. AZƏRBAYCAN

İrandan gələn vətəndaşları altı saat gözlədən xəstəxana ilə bağlı rəsmi açıqlama

İrandan gələn vətəndaşları altı saat gözlədən xəstəxana ilə bağlı rəsmi açıqlama
Sakura

İrandan gələn vətəndaşları altı saat gözlədən xəstəxana ilə bağlı rəsmi açıqlama

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İrandan Azərbaycana gələn vətəndaşların koronavirus şübhəsi ilə xəstəxanada müayinə olunması zamanı yaranan narazılığa aydınlıq gətirib.

TƏBİB-dən Oxu.Az-a bildirilib ki, İrandan gələn Azərbaycan vətəndaşlarının Astara Rayon Mərkəzi Xəstəxanasındakı şəraitlə bağlı sosial şəbəkələrdə yaydığı videomateriallarda əksini tapan çatışmazlıqlar aradan qaldırılır:

“Videomaterialdan da göründüyü kimi, çəkiliş palatalarda yataq dəstlərinin dəyişdirilməsi zamanı aparılıb. Məlumat üçün bildiririk ki, 26 fevralda TƏBİB-in rəhbərliyi Astara Rayon Mərkəzi Xəstəxanasında mövcud şəraitlə yerində tanış olub və işində yol verdiyi nöqsanlara görə xəstəxananın baş həkimi Əlövsət Əliyev işindən azad edilib”. 

“Xəstəxana gömrük-keçid məntəqəsinə yaxın ərazidə yerləşdiyindən, karantin bölgəsi kimi istifadə olunması qərara alınıb. Bu baxımdan, xəstəxananın mövcud şəraitinin yaxşılaşdırılması və lazımi vasitələrlə təmin olunması istiqamətində işlər davam etdirilir. Günün sonunadək karantində olan vətəndaşların ehtiyacları təmin ediləcək. 

Bir daha İrandan ölkəyə qayıdan vətəndaşlarımızdan xəstəliyin qeydə alındığı bölgələrdən gəldiklərini nəzərə alaraq anlayışlı olmalarını və prosedur qaydalarına əməl etmələrini xahiş edirik”, - deyə qurumdan qeyd edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR