Slimfit
  1. DÜNYA

İranda universitetlər Ramazan ayından sonra açılacaq

İranda universitetlər Ramazan ayından sonra açılacaq
Sakura

İranda universitetlər Ramazan ayından sonra açılacaq

İranda universitetlər Ramazan ayından sonra açılacaq.

APA-nın Tehran bürosunun məlumatına görə,  bunu İran Tibb Universitetinin Qiymətləndirmə idarəsinin rəhbəri Abtin Heydərzadə deyib. Onun sözlərinə görə, ölkədə təhsil ili universitetlər açıldıqdan sonra 2 ay müddətinə davam etdiriləcək və daha sonra sınaq imtahanları təşkil olunacaq: “Tibb Universitetinin də imtahanları ali məktəblər açıldıqdan sonra təşkil olunacaq”. 

Qeyd edək ki, İranın Təhsil Nazirliyi məktəblərdə dərslərin nə zaman açılacağı ilə bağlı qərar qəbul etməyib. Dərslər virtual şəkildə təşkil olunur, lakin məktəblərin gələn ay açılması və imtahanlar üçün hazırlıq işləri aparılır. 

Xatırladaq ki, koronavirus epidemiyasının yayılması ilə İranda xüsusi karantin rejimi elan olunub və bir sıra məhdudiyyətlər tətbiq edilib. Hazırda həmin məhdudiyyətlərin mərhələli  şəkildə aradan qaldırılması istiqamətində işlər görülür. Belə ki, artıq mağazaların fəaliyyətinə ötən həftənin şənbə günündən icazə verilib. Bu gün isə parklar və əyləncə mərkəzlərinin fəaliyyətinə icazə verilib.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR