Slimfit
  1. DÜNYA

İranda türk dilini təhqir edən ssenarist üzr istədi

İranda türk dilini təhqir edən ssenarist üzr istədi
Sakura

İranın 3-cü telekanalında yayımlanan “İmarətin xanımı” serialının ssenari müəllifi ekran işində türk…

İranın 3-cü telekanalında yayımlanan “İmarətin xanımı” serialının ssenari müəllifi ekran işində türk dilinin təhqir edilməsinə görə üzr istəyib.

Kult.az xəbər verir ki, Ehsan Cavanmərd adlı ssenarist yaydığı videoda irqçi hərəkətinə görə dəfələrlə üzr istəyib və diqqətsizlik etdiyini bildirib:

“Təəssüf ki, İran mədəniyyətində ölkədə yaşayan digər millətlərə qarşı çoxlu ifadələr və atalar sözü var. Ona görə də diqqətsizlik edərək serialda həmin sözlərdən istifadə etmişik”.

O, Xələc türklərinə qarşı işlədilən ifadənin mənasına diqqət yetirmədiyini iddia edib.

Xatırladaq ki, “İmarətin xanımı” serialının 22-ci bölümündə “eşşəyin dilini xələc bilir, sənin dilini mən bilirəm” şəklində təhqiramiz ifadə işlədilib. Bu ifadə İranda yaşayan türklər tərəfindən kəskin etirazla qarşılanıb.

Qeyd edək ki, xələclər Ərak şəhərinin şimal-şərq məntəqəsində, əsasən Təfrəş, Aştiyan və Fərahan şəhərlərində yaşayırlar. Xələc türkcəsi ilə Azərbaycan türkcəsinin oxşarlığı çoxdur. Bu ləhcədə qədim Göytürk türkcəsindən çoxlu sözlər var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR