Slimfit
  1. DÜNYA

İranda şirniyyat məhsullarının içərisində şübhəli dərman və həblər aşkarlanıb

İranda şirniyyat məhsullarının içərisində şübhəli dərman və həblər aşkarlanıb
Sakura

İranda şirniyyat məhsullarının içərisində şübhəli dərman və həblər aşkarlanıb

İranda son günlər tort, vafli və şokoladların içərisində şübhəli dərman və həblərin çıxması  bir çox ailələrdə narahatlıq yaradıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın Səhiyyə Nazirliyi faktı təsdiqləyib və  ölkənin ərzaq sənayesinə təşkilatlanmış hücum kimi dəyərləndirib.
İran saytlarının məlumatına görə, şübhəli həb və dərmanlar İranın əsasən şimal və qərb əyalətlərində geniş formada yayılıb. Kirman,  Sistan və Bəluçistan, Hormuzqan, Qərbi Azərbaycan və Kirmanşahda ərzaq məhsullarının içərisində müşahidə olunan şübhəli dərman və həblərin istehsalçı müəssisələr tərəfindən istehsal edilmədiyi və mütəşəkkil hücum olduğu qeyd edilib.   
İranın Ərzaq Məhsulları üzrə Araşdırma Birliyinin üzvi Yusif Dehqanpur deyib ki,  bu addım rəqib şirkətlər tərəfindən istehsalçı zavodları bazardan kənarlaşdırmaq məqsədilə də ola bilər. İranın Dərman və Ərzaq Təşkilatının sözçüsü Kiyanuş  Cahanpur isə bütün supermarketlərə müraciət edərək  ərzaq məhsullarını yalnız rəsmi yayım firmalarından  əldə etməyi tövsiyə edib: “Bəzi bağlamalarda şübhəli maddələr tapılıb. Həmin  məhsullar satışdan toplanıb. Bu məsələ sağlamlıqdan daha çox, siyasi, təhlükəsizlik və sabitliyə yönəlik addım kimi görünür. Ehtimal ki, hansısa şəxslər xüsusi məqsədlə ərzaq məhsullarının yayımına müdaxilə edib”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR