Dərc edildi: Baxış sayı: 502
İranda Məscidlər ibadətə açılır - SABAHDAN
İran koronavirus pandemiyasına qarşı tətbiq etdiyi xüsusi karantin rejimini yumşaltmağa davam edir.
Ens.az Publika.az-a istinadən xəbər verir ki,pandemiya səbəbilə bağlanan məscidlər sabah açılır.
İslami Təbliğat Qurumunun rəhbəri Məhəmməd Kumi Səhiyyə Nazirliyi və səlahiyyətli şəxslərlə aparılan görüşlər nəticəsində qərarın qəbul edildiyini bildirib.
Qeyd edək ki, kkoronavirusun ən az təhlükəli olduğu 132 ağ bölgədə ötən həftədən etibarən məscidlər ibadətə açılmışdı.
İranda bu gün etibarilə koronavirusdan ölüm sayı 6 min 685, ümumi yoluxma 109 min 286-ya çatıb.
Zümrüd
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət