Dərc edildi: Baxış sayı: 433
İranda koronavirusla bağlı yeni test hazırlandı
İran alimləri koronavirusun mövcudluğunu 30 saniyə ərzində aşkarlamağa kömək edən test sistemini yaradıblar.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə “Mehr” agentliyi bildirib.
Qeyd edilir ki, sistem nanomateriallardan istifadə ilə yaradılıb. Agentliyin məlumatına görə, yeni test koronavirusun mövcudluğunu 95% dəqiqliklə aşkarlamağa qadirdir. Test həmçinin xəstəliyin ilk mərhələlərində virusu üzə çıxarır.
Qeyd edilir ki, test sistemi hələ sertifikatlaşdırılmayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət