Dərc edildi: Baxış sayı: 416
İranda koronavirus qurbanlarının sayı 7 minə çatdı
İranda koronavirusa yoluxma ilə bağı təsdiq edilmiş halların sayı 120 mini ötüb.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur bildirib.
O, qeyd edib ki, ölkədə demək olar, 7 min insan pandemiyanın qurbanı olub.
"Ötən gün ərzində 1 806 yeni yoluxma aşkarlandı. Bu məlumatları nəzərə alsaq, virusa ümumilikdə 120 198 insan yoluxub. Xoşbəxtlikdən, artıq 94 464 pasiyent sağaldı", - Kianuş Cahanpur IRINN telekanalının efirində bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət