Dərc edildi: Baxış sayı: 428
İranda hava taksiləri istifadəyə veriləcək
İranın Simnan vilayətinin mərkəzi aeroportunda iqtisadi fəalları və investorları daşımaq üçün hava taksilərinin istifadəyə verilməsi nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu İranın Simnan vilayəti Sənaye Şəhərcikləri Şirkətinin icraçı direktoru Həsən Al-Buyə deyib.
Onun sözlərinə görə, paytaxt Tehranda bir çox iqtisadi fəalın ofisi var və hava taksilərinin istifadəyə verilməsi onların Simnan vilayətinə gətirilməsində çox əhəmiyyətlidir.
Al-Buyə əlavə edib ki, Simnanın mərkəzində bu imkanın yaradılması vilayətdə investisiya strukturlarını möhkəmləndirəcək. Eyni zamanda, ölkənin və dünyanın müxtəlif yerlərinə məhsul ixracına təkan verəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət