Slimfit
  1. DÜNYA

İranda deputatlar Ruhanini məhkəməyə verdi

İranda deputatlar Ruhanini məhkəməyə verdi
Sakura

İranda deputatlar Ruhanini məhkəməyə verdi

İranın keçmiş Prezidenti Həsən Ruhaninin başçılıq etdiyi hökumətin koronavirus əleyhinə mübarizəni pis aparmasına dair parlamentə sorğu verilib.

Ens.az Report-a istinadən xəbər verir ki, parlamentin Səhiyyə Komissiyasının məsələ ilə bağlı hazırladığı hesabat qanunverici orqana təqdim edilib. Həsən Ruhaninin prezidentliyi dövründə pandemiyaya qarşı mübarizənin düzgün aparılmaması ilə bağlı ittihamların yer aldığı hesabat 235 deputatın 167-si tərəfindən qəbul edilərək araşdırma üçün məhkəməyə göndərilib.

Hesabatda bildirilib ki, Həsən Ruhani hökumət başçısı olduğu dövrdə koronavirusa qarşı apardığı mübarizədə cəmiyyətə düzəldilməsi mümkünsüz olan maddi və mənəvi ziyan vurub. Onun hökuməti dövründə İran COVID-19-dan ölənlərin sayının yüksək olduğu dövlətlərdən biri olub.

Məsələ ilə bağlı Həsən Ruhani hələ ki açıqlama verməyib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR