İranda aqressiya artır: polislərə başqa dil qadağan edildi
Tehran Polis İdarəsi bütün bölmələrə tapşırıq verərək, onlardan vətəndaşlarla yalnız fars dilində danışmağı tələb edib.
Axar.az-ın məlumatına görə, bu barədə “Xidmət zamanı yerli olmayan vətəndaşlarla ünsiyyətdə fars dilindən istifadə etmək” adlı təlimat verilib. Təlimatın “Məxfi” qrifi ilə işarələndiyi bildirilir.
Tehran Polis İdarəsinin Yoxlama və Önləyici Tədbirlər bölməsinin rəisi Məhəmməd Şərqi tərəfindən imzalanan tapşırıq bütün aidiyyəti bölmələrə göndərilib.
“Tehran Polis İdarəsinin tabeliyində olan bütün bölmələrə elan olunur ki, yerli olmayan şəxslərlə rastlaşdığınız zaman İran Konstitusiyasına uyğun olaraq ölkənin rəsmi dilində (fars dili) danışın. Mümkün səhv anlaşılma və polis əməkdaşlarının söyüş və təhqirə yol verməsi ilə bağlı yanlış şübhələri aradan qaldırmaq üçün yerli ləhcələr və qeyri-fars dilində danışılmasın”, - deyə tapşırıqda bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət