Dərc edildi: Baxış sayı: 428
İranda 5,4 bal gücündə zəlzələ oldu
İranda zəlzələ baş verib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, 5,4 maqnitudalı zəlzələ Hörmüzqan vilayətində, yerli vaxtla saat 2:04-də qeydə alınıb. Zəlzələnin episentri Bəndər-Hamir şəhərindən 39 kilometr məsafədə, zəlzələ ocağı 16 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət