Dərc edildi: Baxış sayı: 545
İran təkzib etdi: ABŞ öz dronunu vurub?
İran pilotsuz uçan aparatını itirməyib.
Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər nazirinin müavini Abbas Arakçi deyib. Onun sözlərinə görə, İran nə Hörmüz körfəzi, nə də başqa bir yerdə PUA-sını itirib.
Arakçi hətta ABŞ gəmisinin yanlışlıqla öz dronunu vurma ehtimalının olduğunu da istisna etməyib.
Qeyd edək ki, ABŞ Prezidenti Tramp Hörmüzdə 900 metr məsafəyə qədər yaxınlaşdığı üçün ABŞ gəmisinin İran PUA-sını məhv etməyə məcbur olduğunu bildirmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət