İran tankerinin azad edilməyəcəyi təqdirdə Britaniyaya məxsus tanker ələ keçirəcəyini bəyan edib
İran Cəbəllütariqdə saxlanılan tankerinin azad edilməyəcəyi təqdirdə, Britaniya tankeri ələ keçirəcəyini bəyan edib.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə İran Məqsədəuyğunluq Şurasının katibi Mohsen Rezaye bildirib.
"İranın vəzifəsi eyni şəkildə hərəkət etmək və İran tankeri dərhal sərbəst buraxılmayacağı təqdirdə, Britaniya tankerini ələ keçirməkdir", - M.Rezaye "Twitter"də yazıb.
Qeyd edək ki, dünən Cəbəllütariq səlahiyyətliləri Suriyaya xam neft daşıdığı və bununla da Avropa İttifaqının Suriyaya qarşı sanksiyalarını pozduğu ehtimal edilən "Grace 1" tankerini saxlayıb. Qərb mediasının məlumatına görə, gəmi Suriyaya İrandan yola çıxıb.
Başverənlələ əlaqədar Böyük Britaniyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət