Slimfit
  1. DÜNYA

İran Prezidenti: Nüvə probleminin həll yolu ABŞ-ın müqaviləyə qayıtmasıdır

İran Prezidenti: Nüvə probleminin həll yolu ABŞ-ın müqaviləyə qayıtmasıdır
Sakura

İran Prezidenti: Nüvə probleminin həll yolu ABŞ-ın müqaviləyə qayıtmasıdır

 İranın nüvə proqramı ilə bağlı probleminin yeganə həll yolu ABŞ-ın müqaviləyə qayıtmasıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Yaponiyada səfərdə olan İran Prezidenti Həsən Ruhani deyib.

O bildirib ki, ABŞ daxil olmaqla, 7 dövlət razılıq əldə edib və müqavilə imzalayıb. Hamı bu müqavilənin şərtlərinə əməl etdiyi halda, ABŞ heç bir səbəb göstərmədən birtərəfli qaydada müqavilədən çıxıb.

Həsən Ruhani bəyan edib ki, indi problemin yalnız bir həll yolu var, o da ABŞ-ın müqaviləyə geri dönməsidir. “Biz ABŞ ilə danışıqlar aparılmasında maneə görmürük, lakin rəsmi Vaşinqton doğru yolda deyil”, - deyən İran Prezidenti əlavə edib ki, iqtisadi sanksiyalar gec–tez aradan qaldırılacaq. Belə davam edə bilməz.

Qeyd edək ki, İranla bağlı vəziyyət 2018-ci ildə rəsmi Vaşinqtonun Tehran ilə “altılıq” adlanan Avropa dövlətləri arasında 2015-ci ildə imzalanan müqavilədən çıxmasından sonra gərginləşməyə başlayıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR