Slimfit
  1. DÜNYA

İran Prezidenti koronavirusa görə vətəndaşları səyahət etməməyə çağırıb

İran Prezidenti koronavirusa görə vətəndaşları səyahət etməməyə çağırıb
Sakura

İran Prezidenti koronavirusa görə vətəndaşları səyahət etməməyə çağırıb

İranda koronavirusun yayılması ilə bağlı ölkə prezidenti Həsən Ruhani əhaliyə müraciət edərək onları səyahət etməməyə çağırıb.

APA-nın Tehran bürosunun məlumatına görə, H. Ruhani bu gün koronavirusla mübarizə üzrə milli qərargahın iclasında çıxışı zamanı bəzi şəxslərin qərargahın göstərişlərinə əməl etməməsindən narahatlığını ifadə edib.

“Koronavirusla mübarizədə qısa müddətli proqram çərçivəsində əsas şərt dövlət qurumları ilə xalqın hərtərəfli əməkdaşlığıdır. Buna görə əhalini ehtiyatlı olmağa, zərurət yaranmadığı təqdirdə səyahət etməməyə səsləyirəm”, - deyə İran Prezidenti vurğulayıb.

O, tibbi ləvazimatlarla bağlı çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar da verib.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin son statistikasına görə, İranda koronavirusdan 145 nəfər ölüb, xəstəliyə yoluxanların sayı isə 5823-ə çatıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR