Dərc edildi: Baxış sayı: 213
İran Prezidenti Azərbaycan Baş nazirinin müavini ilə danışıqlar aparıb
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
M.Pezeşkian bildirib ki, o, İran və Azərbaycan arasında əlaqələrin inkişafına töhfə verəcək istənilən layihə və fəaliyyətləri alqışlayır:
“Biz iki ölkə arasında dəmir yolu və avtomobil marşrutlarının yaradılmasını alqışlayırıq, həmçinin enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığın davam etdirilməsini və genişləndirilməsini istəyirik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət