Slimfit
  1. DÜNYA

İran ordusu Türkiyəyə görə Suriyaya girə bilər

İran ordusu Türkiyəyə görə Suriyaya girə bilər
Sakura

İran ordusu Türkiyəyə görə Suriyaya girə bilər

“ABŞ Suriyada işğalçı qüvvədir və buna görə İran Türkiyəyə yardım etməyə hazırdır”.

Publika.az xəbər verir ki, bunu İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Türkiyənin Suriyanın şimalında terrorçulara qarşı hərbi əməliyyat təşkil etməsi barədə suala cavab verən nazir bildirib ki, Adana razılaşması Türkiyə-Suriya münasibətlərini çərçivəyə salır.

“ABŞ Suriya ilə münasibətləri olmayan işğalçı qüvvədir. Suriyada yerləşməsi üçün nə icazəsi var, nə də ona olan etibar. Suriyada terrorizmlə mübarizə və sülhə çatmaq sadəcə o ölkənin ərazi bütövlüyü və xalqına hörmət ilə ola bilər”, - Zərif deyib.

Qeyd edək ki, 20 oktyabr 1998-ci ildə Türkiyə heyətinə başçılıq edən Uğur Ziyal ilə Suriya heyətinə başçılıq edən Siyasi Güvənlik rəhbəri Adnan Bədr Əl Həsən tərəfindən imzalanan Adana razılaşması sonradan Türkiyə Respublikası Hökuməti ilə Ərəb respublikası Hökuməti arasında Terror və Terror Təşkilatlarına Qarşı Ortaq Əməkdaşlıq Razılaşması adlandırılıb.

Razılaşma başda PKK olmaqla, hər iki dövlət onları təhdid edən terror təşkilatlarına qarşı tədbirlər görməyi və onların bu torpaqlarda bütün fəaliyyətlərinə əngəl olmağı ehtiva edir.

23 yanvar 2019-cu ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putin arasında baş tutan görüşdən sonra Suriya Vətəndaş Müharibəsinə Türkiyənin Suriyada Bəşər Əsəd rejimi ilə görüşündə vasitəçi formul olaraq Putin bu razılaşmanı yenidən gündəmə gətirmişdi.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR