İran obyektlərini biz vurmamışıq – ABŞ
ABŞ İraqdakı hədəflərə təşkil edilən hücumların heç birində iştirak etməyib.
Axar.az xəbər verir ki, bu məlumatı ABŞ Müdafiə Nazirliyi yayıb.
“ABŞ qüvvələri İraqda hansısa konvoy və ya hərbi sursatlar anbarına hücum həyata keçirməyib. Bu məsələ ilə bağlı yayılan hər hansı məlumat həqiqətə uyğun deyil. Vaşinqton İraqın suverenliyini dəstəkləyir və dəfələrlə İraqda gərginliyi artıracaq potensial xarici fəaliyyətlərə qarşı çıxıb”, - məlumatda bildirilib.
Qeyd edək ki, bundan öncə Bağdad yaxınlığındakı hərbi anbarda partlayış baş verib. Partlayışdan dərhal sonra ölkə üzərində bütün hərbi təyyarələr, o cümlədən ABŞ hərbi təyyarələrinin uçuşu dayandırılıb. Bundan sonra hərbi anbara İsrailin İran raketlərinin məhvi üçün zərbə endirdiyi bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət