İran nüvə silahı hazırlayacaq - Federasiya Şurasının üzvü
"Çətin ki, yaxın vaxtlarda nüvə proqramı üzrə İranla ABŞ arasında hansısa danışıq olsun. Əgər hər-hansı razılaşma olarsa, bu, ABŞ-sız olacaq"
ABŞ-la qarşıdurma şərtləri altında İran özünün nüvə silahını yaratmağa başlayacaq.
Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin üzvü Oleq Morozov RİA Novosti-yə bildirib.
İran bəyan edib ki, "son addım olaraq" nüvə proqramı üzrə zənginləşdirici sentrifuqaların sayına dair son və əsas məhdudiyyətdən imtina edir. Ancaq bununla yanaşı, qeyd olunur ki, İran MAQATE ilə əməkdaşlığı əvvəlkitək davam etdirəcək və sanksiyalar götürüləcəyi və Tehranın maraqları təmin ediləcəyi təqdirdə nüvə razılaşmasında nəzərdə tutulan öhdəliklərinin icrasına qayıtmağa hazırdır.
"İranın reaksiyası gözləniləndir. Çətin ki, yaxın vaxtlarda nüvə proqramı üzrə İranla ABŞ arasında hansısa danışıq olsun. Əgər hər-hansı razılaşma olarsa, bu, ABŞ-sız olacaq", - Morozov qeyd edib.
O əlavə edib ki, ABŞ olmadan sanksiya mexanizminin ləğvindən danışmaq çətin olacaq: "Və bu da o deməkdir ki, İran öz nüvə silahının yaradılması istiqamətində irəliləyəcək".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət