Dərc edildi: Baxış sayı: 260
İran Nəsrullaha görə BMT-yə çağırış etdi: Təcili...
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani İsrailin Livana və bütün regiona hücumlarını müzakirə etmək üçün Təhlükəsizlik Şurasından təcili iclas keçirməyi istəyib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Məlumata görə, Əmir Səid İrəvani bununla bağlı BMT-nin Baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasının sədri Samuel Jboqara məktub göndərib.
“İran İslam Respublikası bu qorxaq təcavüz əməllərini ən kəskin şəkildə pisləyir. Bu hərəkətlərin regional və beynəlxalq sülh və təhlükəsizlik üçün ağır nəticələrini nəzərə alaraq, İran Təhlükəsizlik Şurasından İsrail rejimini kəskin şəkildə pisləməyi xahiş edir”, - məktubda qeyd olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət