Slimfit
  1. DÜNYA

İran "Mossad"la əlaqəli olduğunu iddia etdiyi 4 nəfəri edam edib

İran "Mossad"la əlaqəli olduğunu iddia etdiyi 4 nəfəri edam edib
Sakura

İran "Mossad"la əlaqəli olduğunu iddia etdiyi 4 nəfəri edam edib

İran İsrailin kəşfiyyat və xüsusi əməliyyatlar xidməti "Mossad"la əlaqəli olduğunu iddia etdiyi dörd nəfəri edam edib.

Ens.az Apa.az-a istinadən xəbər verir ki, edam edilən şəxslər "Mossad" üçün əməliyyatlar həyata keçirməkdə ittiham ediliblər.

İranın dövlət mediası edam edilən dörd nəfərin İrana İraqın Kürdüstan regionundan daxil olduqlarını və İsfahanda ölkənin müdafiə nazirliyi üçün avadanlıqlar istehsal edən zavodda partlayış törətmək istədiyini bildirib.

Məlumata görə, həmin şəxslər partlayışı 2022-ci ilin yayında törətmək istəyiblər, lakin İranın daxili kəşfiyyat xidmətləri tərəfindən əməliyyatın qarşısı alınıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR