Dərc edildi: Baxış sayı: 464
İran koronavirusa qarşı dərmanın sınaqlarına başlayır
İranlı mütəxəssislər koronavirusa qarşı preparatın kliniki sınaqlarını həyata keçirməyə başlayıblar.
Axar.az xəbər verir ki, bu barədə Tehran Tibb Elmləri Universitetinin professoru Əli Rza Cəlali məlumat yayıb.
"Tədqiqat mərkəzlərimizdən birində xəstəliyə qarşı preparat hazırlaya bildik. Hazırda kliniki sınaq mərhələsindədir", - deyə Cəlali bildirib.
O qeyd edib ki, mütəxəssislər yaxın vaxtlarda başlayacaq sınaq testləri üçün müvafiq icazə alıblar.
Qeyd edək ki, fevralın 19-dan bəri İranda 2.3 mindən çox koronavirusa yoluxma qeydə alınıb ki, onlardan 77 nəfəri ölüb, 435 nəfəri sağalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət