Dərc edildi: Baxış sayı: 563
İran koronavirusa görə Rusiyadan yardım istədi
Tehran Moskvadan koronavirusla mübarizə üçün yardım istəyib.
Axar.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib. O, istənilən ölkədən ediləcək humanitar yardımı alqışladıqlarını söyləyib.
Qeyd edək ki, İranda koronavirusa yoluxmalar pik həddə çatıb. Koronavirusun ilkin yayıldığı Qum şəhəri karantin altına alınıb.
Koronavirus ölkənin vitse-prezidenti və 23 deputatına da yoluxub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət