Slimfit
  1. DÜNYA

İran koronavirus diaqnozu testləri ixrac edə bilər

İran koronavirus diaqnozu testləri ixrac edə bilər
Sakura

İran koronavirus diaqnozu testləri ixrac edə bilər

Hazırda İran yeni koronavirusun diaqnozu testlərini qonşu və region ölkələrinə ixrac edə bilər.

Bunu İranın Pastor İnstitutunun direktoru Əlirza Bigleri jurnalistlərə açıqlamasında deyib. Bu barədə Trend IRNA-ya istinadən məlumat verib.

Ə.Biglerinin sözlərinə görə, İran ilk günlərdə diaqnoz testləri idxal edirdi və hazırda testləri ixrac etməyə hazırdır.

Bigleri əlavə edib ki, hazırda İranda 5 startap şirkəti koronavirusun diaqnoz testini istehsal edir. Bu şirkətlərdən birinin həftəlik istehsalı 80 min testdir. Qalan şirkətlərin də təxminən həmin miqdarda istehsalı var.

Bigleri qeyd edib ki, hazırda İranda istifadə olunan diaqnoz testi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənib. Əgər analiz prosesi düzgün aparılarsa, analizin nəticəsinə 90%-dən yuxarı etibar etmək olar.

 

Onun sözlərinə görə, İranda ilk koronavirus diaqnozundan dərhal sonra Qum və Tehran laboratoriyaları fəaliyyətə başladı və 10 gün müddətinə 60 laboratoriya istismara verildi.

İranlı rəsmi bildirib ki, hazırda gündəlik olaraq 90 laboratoriyada 20 min qan analiz olunur.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bu günədək (1 aprel) 47 593 nəfərin yeni koronavirusa yoluxduğunu, 3 036 nəfərin öldüyünü, 15 473 nəfərin sağaldığını təsdiqləyib. İranda koronavirusa yoluxmanın ilk halı 19 fevralda qeydə alınıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR