Dərc edildi: Baxış sayı: 552
İran it və pişiklər üçün yem idxalını qadağan edib
İran it və pişiklər üçün yem idxalını qadağan edib.
ONA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Ticarət, Sənət və Mədənlər Nazirliyinin idxalat və ixracat qaydalarının tətbiqi üzrə idarə rəhbəri Mehdi Niyazi deyib.
M.Niyazi bildirib ki, it və pişik yemləri cari ilin aprel ayının sonlarından idxalı qadağa olunan bir sıra məhsulların sırasına daxildir.
M.Niyazinin sözlərinə görə, 2017-ci ildə İrana 10 milyon dollar dəyərində it və pişik yemi idxal olunub, bu rəqəm 2018-ci ildə 7 milyon dollar dəyərinə düşüb. Bu il bu rəqəm daha da azalacaq.
O qeyd edib ki, it və pişik yeminin idxalı əsasən polis, yanğın söndürənlər və Qızıl Aypara Cəmiyyətinin itləri üçün idxal olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət