İran İsraili necə cəzalandıracaq? – Kənani
İran təcavüzkara necə reaksiya verəcəyinə və cəzalandırılacağına özü qərar verəcək.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İsrailin Dəməşqdəki İran konsulluğunun binasına hücumuna reaksiyasında deyib.
Kənani hücumu beynəlxalq qanunların kobud şəkildə pozulması adlandırıb:
“Bu hərəkət beynəlxalq ictimaiyyət tərəfindən ən sərt şəkildə pislənilməli və təcavüzkara qarşı tədbirlər görülməlidir”.
O vurğulayıb ki, hücum və onun nəticələrinə görə məsuliyyət təcavüzkar İsrail rejiminin üzərinə düşür.
Qeyd edək ki, İsrailin Dəməşqdəki İran konsulluğuna endirdiyi zərbə nəticəsində SEPAH-ın iki generalı və 5 zabiti ölüb, həmçinin iranlı diplomatlarında öldüyü bildirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət