Dərc edildi: Baxış sayı: 473
İran İraqa elektrik satışını bərpa etdi
“2019-cu ilin sonuna qədər İraq İrandan elektrik enerjisi idxal edəcək”.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bu barədə İraqın enerji naziri Luey əl-Hatib jurnalistlərə açıqlamasında məlumat verib.
O deyib ki, İrandan elektrik enerjisi idxalı müvəqqəti haldır və İraq özü elektrik istehsalına hazırlıqlarını tamamlayana qədər davam edəcək.
Nazir İrana olan elektrik enerjisi borcunun da ödənəcəyini bildirib.
Qeyd edək ki, ötən ilin yayında borc səbəbindən İraqa verilən elektrik enerjisinin verilişi dayandırılmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət