Dərc edildi: Baxış sayı: 330
İran bu ölkə ilə viza rejimini ləğv etdi
İran və Tacikistan iki ölkə arasında viza rejimini ləğv etmək barədə razılığa gəliblər.
Ens.az Axar.az-a istinadən xəbər verir ki,bu barədə İran Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin baş direktoru Əlirza Mahmudi “Tasnim” agentliyinə bildirib.
O bildirib ki, İran və Tacikistan hökumətləri avqustun 10-dan etibarən öz vətəndaşlarının gediş-gəlişini asanlaşdırmaq üçün qarşılıqlı viza rejimini ləğv edib.
Onun sözlərinə görə, İran və Tacikistan vətəndaşları 30 gün müddətinə vizasız gedə bilərlər. Vizasız rejim yalnız Tehran və Düşənbə arasında uçuşlar həyata keçirən sərnişinlərə aid edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət