Dərc edildi: Baxış sayı: 552
İran ABŞ-a məhbusların mübadiləsini təklif etdi
İran məhkumların mübadiləsi üçün ABŞ rəhbərliyi ilə danışıqlara ehtiyac olmadığını deyib.
Bu barədə İran hökumətinin mətbuat katibi Əli Rabii bildirib:
“Biz bütün məhbusların mübadiləsinə hazırıq. Bu, təkcə ABŞ-da deyil, dünyanın digər ölkələrində olan hər kəsə aiddir. ABŞ və İran məhbuslarının sərbəst buraxılması və onların mübadiləsi üçün vasitəçiliyə (digər tərəflərin) və ya danışıqlara müraciət etməyə ehtiyac yoxdur”.
Onun sözlərinə görə, Tehran və Vaşinqton artıq oxşar təcrübəyə sahib olan və səfirliyi ABŞ-ın Tehrandakı maraqlarını təmsil edən İsveçrə vasitəsilə məhbusları mübadilə edə bilər.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət