Slimfit
  1. İQTİSADİYYAT

İqtisadiyyat Nazirliyində Koordinasiya Şurası yaradılıb

İqtisadiyyat Nazirliyində Koordinasiya Şurası yaradılıb
Sakura

İqtisadiyyat Nazirliyində Koordinasiya Şurası yaradılıb

​Məlumat verildiyi kimi, Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli Sərəncamı ilə “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.

Tədbirlər Planında İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərin icrası məqsədilə Nazirlikdə xüsusi Tədbirlər Planı təsdiq olunub, İqtisadiyyat Nazirliyinin icraçısı olduğu tapşırıqlar üzrə konkret icra müddəti və məsul icraçılar müəyyən edilib.

Tədbirlər Planında nəzərdə tutulmuş işlərin, tədbirlərin operativ, vaxtında, keyfiyyətlə və koordinasiyalı şəkildə icrasının təmin edilməsi məqsədilə İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə Koordinasiya Şurası yaradılıb. Şuraya İqtisadiyyat Nazirliyinin və onun qurumlarının rəhbər vəzifəli şəxsləri daxildir.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR