Dərc edildi: Baxış sayı: 599
İqtisadiyyat naziri: “Rusiya qeyri-neft sektoru üzrə Azərbaycanın əsas tərəfdaşıdır”
“Azərbaycan və Rusiya sərhəddən malların və yüklərin rahat daşınması istiqamətində işlər həyata keçirir”.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Samur çayı üzərində tikilməkdə olan körpünün tikinti işlərinə baxışı zamanı jurnalistlərə bildirib.
Nazir deyib ki, Azərbaycan-Rusiya əlaqələri getdikcə inkişaf edir: “Əlaqələrin inkişafı bütün sahələrdə müşahidə edilir. Rusiya qeyri-neft sektoru üzrə Azərbaycanın əsas tərəfdaşıdır. Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi hər il artır. Ötən il əvvəlki ilə nisbətən 20% artım olub. Hesab edirik ki, potensial daha yüksəkdir və ticarət dövriyyəsinin artırılması üçün işlər görülür”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət