Dərc edildi: Baxış sayı: 385
İqtisadçı-ekspert Nazirlər Kabinetinin ləğv olunacağını ehtimal edir
"Maliyyə Sabitliyi Şurasının yeni tərkibi təsdiq edilib. Diqqəti cəlb edən məqam Şuranın tərkibinin bir qədər genişləndirilməsi və baş nazirin siyahıdan ümumiyyətlə çıxarılmasıdır".
"Renkinq" xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev bildirib.
"Proseslər Nazirlər Kabinetinin ölkənin idarəçiliyində rolunun məhdudlaşdırıldığını göstərir. Bu qurum investisiya xərclərinin bölgüsündə iştirak etmir, büdcə xərclərinin icrasında iştirakı azalıb. Sanki baş verənlər Nazirlər Kabinetinin gələcəkdə bir qurum kimi ləğvinə hədəflənib", - deyə o, qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət