Slimfit
  1. İQTİSADİYYAT

İqor Dodon: 'Moldova Azərbaycan şirkətlərinin yolların qurulması təcrübəsində maraqlıdır'

İqor Dodon: 'Moldova Azərbaycan şirkətlərinin yolların qurulması təcrübəsində maraqlıdır'
Sakura

İqor Dodon: 'Moldova Azərbaycan şirkətlərinin yolların qurulması təcrübəsində maraqlıdır'

"Moldova infrastruktur layihələrini həyata keçirmək üçün Azərbaycandan investorlar cəlb edilməsində maraqlıdır".

"Report" Moldova KİV-inə istinadən xəbər verir ki, bunu Moldova Prezidenti İqor Dodon Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanov ilə görüşdə deyib.

İ.Dodon həmçinin Moldovanın Azərbaycan şirkətlərinin yolların qurulması təcrübəsində maraqlı olduğunu söyləyib.

Tərəflər hər iki ölkənin reallaşdırılmamış böyük potensialının olduğunu qeyd ediblər, qarşılıqlı maraq doğuran bütün sahələr üzrə əlaqələrin genişləndirilməsinin lehinə çıxış ediblər. Həmsöhbətlər 2012-ci ildən bəri çağırılmayan ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın dördüncü iclasının keçirilməsinin vacibliyini vurğulayıblar.

İ.Dodon həmçinin ölkədə, xüsusən də Qaqauz Muxtariyyətinin ərazisində sosial layihələrin həyata keçirilməsində əhəmiyyətli köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib. Moldova prezident qeyd edib ki, Çadır-Lunqe şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə Mədəniyyət və Təhsil Mərkəzinin tikintisi başa çatmaq üzrədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR