Dərc edildi: Baxış sayı: 475
İqor Dodon İlham Əliyevi Moldovaya səfərə dəvət edib
Moldova Prezidenti İqor Dodon Azərbaycan Prezidenti İlham Əliyevi Kişinyova səfərə dəvət edib.
"Ölkə.Az" xəbər verir ki, bu barədə jurnalistlərə İqor Dodonun özü məlumat verib.
"Azərbaycan Prezidenti ilə görüşdük. Çox yaxşı diplomatik və iqtisadi əlaqələrimiz var, bir çox sənədlər imzalanıb. Beynəlxalq səviyyədə də ölkələrimiz arasında sıx əməkdaşlıq mövcuddur. Mən həmçinin Prezident İlham Əliyevi Moldovaya səfərə dəvət etdim. Ümid edirəm ki, bu səfər ilin sonunadək - inşaatı Azərbaycan tərəfindən maliyyələşdirilən Qaqauziyadakı sosial obyektin açılışı zamanı baş tutacaq", - İ.Dodon bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət