Slimfit
  1. CƏMİYYƏT

İpotekayla ev almaq istəyənlər mütləq oxusun

İpotekayla ev almaq istəyənlər mütləq oxusun
Sakura

İpotekayla ev almaq istəyənlər mütləq oxusun

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi artıb.

“Artımın olması Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun kommersiya banklarına ayırdığı limitin artırılmasıyla bağlı ola bilər”.

Bunu Redaktor.az-a açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib.

Onun sözlərinə görə, faiz dərəcələri azaldılarsa, ipoteka əlçatanlığı indikindən 2 dəfə çox olar:

“İpoteka krediti bu gün bazarda mənzil alqı-satqısını təmin edən əsas alətlərdən biridir. Bu kreditlər dövlət xətti, ən ucuz kredit faizləri və uzunmüddətli şərtlərlə vətəndaşlara verilir. Bütün kateqoriyadan olan insanların kredit götürməsi mümkün deyil, amma tələb yüksəkdir. Nəğd alışlar məhdudlaşdıqca, ipotekaya maraq göstərənlərin də sayı artır. İpoteka əlçatanlığını artırmaq üçün faiz dərəcəsi və ilkin ödənişlərlə bağlı bir qədər yumşaldılma edilməlidir.

2006-cı ildən bəri ipoteka kreditlərinin verilməsinə başlanılıb. Bu illər ərzində ipoteka prosesində xeyli islahatlar gedib. Struktur dəyişikliyi olub, İpoteka Fondu özəl təşkilata çevrilib, Mərkəzi Bankın tabeliyindən ayrılıb. İpotekayla bağlı Prezidentin Fərmanı, Nazirlər Kabinetinin qərar və sərəncamları mövcuddur. Eyni zamanda, ipotekanın əlçatanlığını artırmaq üçün müəyyən addımlar atılıb – "Elektron ipoteka" sistemi yaradılıb və s. Lakin təəssüf ki, prosesdə dəyişməyən yeganə məsələ faiz dərəcələrinin azaldılmasıyla bağlıdır. Faiz dərəcələri azaldılarsa, ipoteka əlçatanlığı indikindən 2 dəfə çox olar.

2018-ci ildə ümümi ipoteka üzrə faiz dərəcələrində xeyli yumşaldılmalar vardı. Bu, ayrılan vəsaitlərin çoxluğuyla bağlıydı. Tələbin təmin olunması üçün bir sıra müvəkkil banklar faiz dərəcələrini 7-6,5-ə qədər azaltmışdılar. 2019-cu ildə bu prosesi müşahidə etmədik. Bu da onunla bağlıydı ki, 2019-cu ildə ipoteka kreditlərinə ayrılan vəsaitin həcmində müəyyən mənada azlamalar baş verdi. Hesab edirəm ki, faiz dərəcəsi və ilkin ödənişlərdə mütləq yumşaldılmalar baş verməlidir”.

Qeyd edək ki, bu il dekabrın 1-nə Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği 1 375 755 min manat təşkil edib. Bu, noyabrın 1-i ilə müqayisədə 31 069 min manat və yaxud 2,3% çoxdur.

Ötən ay dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 564 vahid artaraq 27 677-yə çatıb.Həmçinin dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği də hesabat dövründə 5 750 min manat və ya 12,3% artaraq 52 609 min manata yüksəlib. Hazırda Fondun 723 878 002 manatlıq istiqrazı dövriyyədədir.

Hazırda maksimal 150 min manat olan ipoteka kreditləri maksimal 25 il müddətinə 15% minimal ilkin ödənişlə, maksimal 100 min manat olan güzəştli ipoteka kreditləri isə 10% minimal ilkin ödənişlə maksimal 30 il müddətinə də verilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR