iPhone'lar Hindistanda istehsal ediləcək
Reuters saytı öz mənbələrinə istinadən xəbər verib ki, Apple şirkəti gələn ildən etibarən öz smartfonlarını Hindistanda istehsal etməyə başlayacaq. Məlumata əsasən smartfonların istehsalı ilə Apple şirkətinin əməkdaşlıq etdiyi Foxconn şirkəti məşğul olacaq. Belə ki, Hindistanın Şriperumbudur şəhərində Foxconn şirkətinin artıq lazımi istehsalat infrastrukturu var. Onu da qeyd etmək lazımdır ki, Foxconn Apple şirkətinin Çindəki rəqibi Xiaomi-nin smartfonlarını da məhz Hindistanda istehsal edir.
Beləliklə Foxconn Hindistandakı zavodunda iPhone-ların istehsalı üçün ayrıca istehsalat xəttini istifadəyə verəcək. Bu işin reallaşdırılması üçün şirkət 356 milyon dollar vəsait ayırmağı və 25.000 yeni iş yeri yaratmağı planlaşdırır. Məlumata əsasən Hindistandakı zavodda iPhone X də daxil olmaqla yalnız flaqman modellər istehsal olunacaq.
Qeyd etmək lazımdır ki, Apple şirkəti daha əvvəllər də Hindistanda smartfon istehsalı ilə məşğul olub. Lakin vaxtı ikən həmin ölkədə yalnız büdcəli modellər (iPhone SE və iPhone 6S) istehsal edilib. Görünür, şirkət Hindistandakı mövqeyini genişləndirmək və orda təkcə büdcəli deyil həmdə flaqman modellərin satışlarını rellaşdırmaq istəyir. Bundan əlavə olaraq Çin ilə ABŞ arasında olan ticarət müharibəsi səbəbilə şirkət ümumiyyətlə smartfon istehsalını Çindən başqa ölkəyə keçirtməyi planlaşdırır.
Mənbə: Businessinsider.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət