Slimfit
  1. TEXNOLOGİYA

iPhone və Samsung-ların şüalanma səviyyəsi açıqlandı

iPhone və Samsung-ların şüalanma səviyyəsi açıqlandı
Sakura

iPhone və Samsung-ların şüalanma səviyyəsi açıqlandı

Xeberler.az bildirir ki, son 3 ildə çıxarılmış "Apple" və "Samsung" smartfonları bəzən ABŞ Federal Rabitə Komissiyası (FCC) tərəfindən müəyyənləşdirilmiş normadan daha güclü radio dalğalar saçır. Bu haqda "Chicago Tribune" qəzetinin araşdırılmasında deyilir. Radio avadanlığın elektromaqnit şüalanma səviyyəsi şüalanmanın xüsusi udma əmsalı (specific absorption rate, SAR) adlı göstərici ilə ölçülür. Federal Rabitə Komissiyası yalnız SAR göstəricisi heç bir halda 1,6 Vatt/kq-dan yüksək olmayan smartfonların satışına və istifadəsinə icazə verir.

Araşdırma zamanı məlum olub ki, bir neçə il bundan əvvəl çıxarılmış və 3G və ya 4G şəbəkələrində işləyən smartfonlar bəzi hallarda müəyyənləşdirilmiş normanı 5 və daha çox üstələyə bilərlər. Sınaqlar zamanı "bədən" rolunda çıxış edən su, duz və şəkər qarışığından 2, 5, 10 və 15 mm məsafədə yerləşdirilmiş aparatlarda ("iPhone 7", "8", "8 Plus" və "X", "Galaxy S8", "S9" və "J3", "Motorola e5", "e5 Play" və "g6 Play", həmçinin "BLU Vivo 5 Mini) SAR göstəricisi SAR datçikləri ilə ölçülüb. Sınaq FCC tərəfindən akkreditə edilmiş Kaliforniya laboratoriyası tərəfindən həyata keçirilib.

Məlum olub ki, "iPhone 7" aparatının 2 mm məsafədən şüalanma səviyyəsi normadan 2-4 dəfə yuxarıdır. "Samsung Galaxy" aparatının hər üç modelində SAR göstəricisi normadan yüksək olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR