Slimfit
  1. TEXNOLOGİYA

iPhone 11 suyun altında işləyə biləcək

iPhone 11 suyun altında işləyə biləcək
Sakura

iPhone 11 suyun altında işləyə biləcək

Ens.az xəbər verir ki, Apple şirkətinin iPhone 11 smartfonu əvvəlki modellərdən onunla fərqlənəcək ki, smartfon cihaz suyun altında olduqda istifadəçinin displeyə toxunmağını müəyyən edə biləcək.

Şirkət bu texnologiyanın patentini hələ keçən il almışdı və XDA proqramların hazırlanması platformasında işləyən Mask Vaynbaxın sözlərinə görə, o. Artıq bu ilin sonunda buraxıla bilər. “Növbəti iPhone yəqin ki, suyun altında işləyə biləcək ekrana malik olacaq, - o, özünün Twitter hesabında yazıb. "Onlar artıq bu funksiyaya malikdir." Hələlik bu funksiyanın necə işləyəcəyi dəqid məlum deyil, amma yəqin ki, onu aktivləşdirdikdə Apple şirkətinin 3D Touch texnologiyasından istifadə olunacaq ki, o da ekrandakı barmaqların təzyiqini təyin edə biləcək.

Apple 2019-cu ildə üç iPhone modeli buraxmaq istəyir: 5,8 düymlük model, 6,1 düymlük model və üçlü arxa kamera sistemi olan 6,5 düymlük model. Onlar müasirləşdirilmiş üz identifikatoru, böyük ölçü, güclü batareya ehtiyatı və “ikitərəfli simsiz doldurulma”ya malik olacaq. Bu o deməkdir ki, onlar digər cihazların da doldurulması üçün istifadə edilə bilər.

Xatırladaq ki, iPhone 7-dən başlayaraq hər iPhone IP67 reytinqi ilə “suya davamlı”dır. İstehsalçılar əmin edir ki, o, 1 metr dərindliyində 30 dəqiqə ərzində işləyə biləcək. IP68 reytinqli ən sonuncu iPhone Xs suyun altında 2 metrə qədər dərinlikdə işləyə bilər. “Yəni, gərə siz hovuz yanında dincəlirsinizsə, cəsarətlə telefonu suya ata və narahat olmaya bilərsiniz! Onu sudan çıxarın, qurulayın, imkan verin qurusun və hər şey yaxşı olacaq”, -  Apple şirkətinin marketinq direktoru Fil Şiller deyib.

Amma hələlik iPhone suyun dərinliyində işləsə də, tam funksional şəkildə işləyə bilmir: xüsusilə də istifadəçilər suyun altında ekrana basa bilməzlər. Bu ona görə baş verir ki, su elektrik keçirir, buna görə də smartfonlar su ilə barmaqlarınızın toxunuşu arasındakı fərqi müəyyən edə bilmir.

Yeni cihazların 2019-cu ilin sentyabr ayında təqdim olunacağı gözlənilir.

 

Mənbə: rg.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR