Slimfit
  1. ƏDƏBİYYAT

İosif Stalin - Stalinlə ixtilal xatirələri/Ön söz

İosif Stalin - Stalinlə ixtilal xatirələri/Ön söz
Sakura

İosif Stalin - Stalinlə ixtilal xatirələri/Ön söz

Keçmişini bilməyən bu günün dərki edə bilməz həqiqəti bayağı olduğu qədər də acıdır. Qoçaqları illərlə qılınc və qələm çaldılar. Lakin elə həmin nəslin özünü-özgəni, böyüyünü-kiçiyini, xilaskarını-xəyanətkarını tanımaq istəyi, xoşbəxtlikdən, sonsuzdur. Bu istəyə cavab olaraq əlinizdə tutduğunuz kitabçanı çapa hazırlamağı lazım bildik. Böyük vətəndaş Məmməd Əmin Rəsulzadənin Stalinlə bağlı xatirələri Türkiyədə “Dünya” qəzetinin 1954-cü il may-iyun nömrələrində 28 məqalədə çap edilmişdir. “M.Ə.Rəsulzadə kimdir?” adlı bioqrafik yazı da bu məqalələrə əlavə edilmişdir. M.Ə.Rəsulzadənin xatirələrini tam adı orijinalda “Bir türk milliyətçisinin Stalinlə ixtilal xatirələri” adlanır. Bu əsər bir qayda olaraq “Stalinlə ixtilal xatirələri” kimi məşhur olduğundan biz də onu məhz bu adla təqdim etməyi münasib gördük. Onu da deməliyik ki, bu məqalələrin fotosurətini dostu doktor Əli Yavuz bəy Ağpınar göndərmişdir. Xatirələrdə Stalinin və stalinizmin anatomiyasının açılması ilə yanaşı, əsrimizin ilk onillərində Azərbaycanda gedən çox maraqlı proseslər təsvir edilir. Onu çapa hazırlayarkən hər hansı izahat verməkdən çəkindik. Bizim işimiz Məmməd Əmin Rəsulzadənin üslubunu mümkün qədər saxlamaqla, geniş oxucu üçün rahat olsun deyə Istanbul ləhcəsinə xas sözlər və ifadələrin (məs: nasıl, kəndi, şöylə, böylə), artıq arxaikləşmiş ərəb-fars tərkiblərinin qarşılığını verməkdən, eləcə də yenə Istanbul ləhcəsi üçün xarakterik olan fel sonluqlarını (məs: gəliyorum, gediyorum) dəyişdirməkdən ibarət olmuşdur. Məmməd Əminin üslubuna xələl gəlməsin deyə ara-sıra vacib qarşılıqlı sözləri mötərizədə verməyi lazım bildik. XX əsr Azərbaycanın ən dəyərli şəxsiyyətinin çox maraqlı siyasi xatirələri ilə istəkli oxucuların görüşünü ləngitməmək üçün yalnız onu deməklə kifayətlənək ki, orijinaldakı cümlələrin quruluşu olduğu kimi saxlanılmışdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR