Slimfit
  1. CƏMİYYƏT

İnvaziv kardioloq: Ürəyində narahatlığı olanlar yay aylarında həkim nəzarətində olmalıdırlar

İnvaziv kardioloq: Ürəyində narahatlığı olanlar yay aylarında həkim nəzarətində olmalıdırlar
Sakura

İnvaziv kardioloq: Ürəyində narahatlığı olanlar yay aylarında həkim nəzarətində olmalıdırlar

Ürəyində narahatlığı olanlar yay aylarında mütəmadi həkim nəzarətində olmalıdırlar.

Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Emin Hacıbalayev AZƏRTAC-a müsahibəsində son illər ürək xəstələrinin sayının artmasının səbəbini açıqlayıb. O deyib ki, xəstə ürəyində müəyyən problemlərin olduğunu bilirsə, hər zaman üzərində həkimin təyin etdiyi dərmanları gəzdirməlidir. Yəni, dərman qəbulu davamlı şəkildə olmalıdır. Xəstə özünü bir müddət yaxşı hiss edirsə, dərmanların qəbulunu kəsməlidir. Bir çox xəstələr belə hallarda dərman qəbulundan imtina edirlər. Bu, düzgün hal deyil. Yay aylarında tərləmələr tez-tez baş verir, bədəndə su itkisi olur. Bununla da qan daha tez laxtalanmağa başlayır. Hətta heç bir problem olmayan insanlarda müəyyən problemlər meydana çıxır. Bunun üçün isti vaxtlarda günün altında maksimum dərəcədə az olmaq məsləhətdir, daha çox maye qəbul edilməlidir.

E.Hacıbalayev bildirib ki, invaziv kardiologiya koronar angioqrafiya adlanan diaqnostika və stent qoyulması da daxil olmaqla geniş və əhəmiyyətli bir sahəni əhatə edir. İnvaziv ürək əməliyyatı sayəsində ürəyi qidalandıran damarlarda darlıq və ya tıxanma olub-olmadığı müəyyən edilir. Koronar angioqrafiyadan sonra dərman müalicəsi, balon-stent tətbiq olunması və ya koronar şuntlama (by-pass) əməliyyatına qərar verilə bilər. Açıq ürək əməliyyatı diaqnozu angioqrafiyadan sonra verilə bilər. Birinci angioqrafiya edirik, damarlardakı vəziyyətə baxılır. Angioqrafiyadan əvvəl xəstə bəzi müayinələrdən keçməli və müəyyən analizləri verməlidir. İnsanın əsas 3 damarında daralma sayı çoxdursa, yəni, damarlarda daralma faizi çoxdursa, bu halda açıq ürək əməliyyatı tövsiyə edilir. Bu hal adətən şəkər xəstələrində baş verir. Əgər daralma sayı azdırsa, ilk növbədə, stent məsləhət görürük. O cümlədən kəskin infarktla gələn xəstələrdə stent daha məsləhətlidir.

Son illər ürəyə stent qoyulmasında da artım müşahidə olunur. Bunun səbəbi həm diaqnostika sahəsində olan irəliləyişlə, həm də insanların öz sağlamlığına fikir verməsi ilə bağlıdır. Yəni, vətəndaşlar vaxtında həkim yanına gələrək öz sağlamlıqlarını qoruyurlar. Lakin stent qoyulmasının şərtləri və göstərişləri var. Stentin qoyulmasına səbəb damarların 70 faizdən çox daralmasıdır. Əgər xəstədə belə hal varsa, stentin qoyulması tövsiyə edilir. Bu da, öz növbəsində, kəskin infarktin qarşısını almağa kömək edir.

İnvaziv prosedurlarla müalicə zamanı risklərdən danışan kardioloq qeyd edib ki, risklərin ümumi faizi 1000/1 az təşkil edir. Bunların içində insult, qanaxma, damarların cırılması, hətta ölüm riskləri var. Həmçinin allergik reaksiyaları da buraya daxil etmək olar. İnvaziv prosedurların birinci məqsədi diaqnozu düzgün qoymaq, digəri isə xəstəni sağaltmaqdır. Bu prosedurları etməkdə məqsəd xəstənin ömrünü uzatmaq, onun yaşayış səviyyəsini yüksəltməkdir.

İnvaziv prosedurlardan sonra xəstə əgər anju olunubsa və damarlarda ciddi darlıq yoxdursa, biz tərəfdən müalicə yazılır ki, darlıq artmasın. Kəskin infarktın qarşısını almaq üçün müəyyən qan duruldacaq dərmanlar məsləhət görülür. Ürək xəstələri xroniki xəstələr sayıldığı üçün mütəmadi həkim nəzarətində olmalı, həkimin tövsiyəsinə uyğun olaraq ilboyu müəyyən prosedurlardan keçməlidir. Qan duruldan terapiya, ürək çatışmazlığı terapiyası, həmçinin əgər xəstənin təzyiqi varsa ona uyğun müalicə almalıdır.

Ümumiyyətlə, əgər xəstədə stent varsa və ya yoxdursa mütləq gündəlik qida rejiminə əməl edilməlidir. Çünki son vaxtlar ürək xəstələrinin artmasının səbəblərindən biri də düzgün qidalanmanın olmamasıdır. Ürək xəstələri qidalanmalarına daha ciddi fikir verməlidirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR