Dərc edildi: Baxış sayı: 895
İntihar edən generalın qardaşı özünü ürəyindən güllələyib
İyulun 9-da saat 11:00 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən bir dəfə atəş açmaqla öldürməsi ilə bağlı Baş Prokurorluğa məlumat daxil olub.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.
İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət