Slimfit
  1. DÜNYA

İnterpol rəhbəri vəzifəsinə əsas namizədlər açıqlanıb

İnterpol rəhbəri vəzifəsinə əsas namizədlər açıqlanıb
Sakura

Rusiya vətəndaşı Aleksandr Prokopçuk İnterpol rəhbəri postuna əsas namizəddir

Rusiya vətəndaşı Aleksandr Prokopçukİnterpol rəhbəri postuna əsas namizəddir.

"Report" xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti hökumətdəki mənbəyinə istinadən yazıb.

Qeyd olunur ki, 2011-ci ildən etibarən Rusiya Daxili İşlər Nazirliyinin İnterpol Milli Mərkəzi Bürosunun rəisi olan A.Prokopçuk həm də 2016-cı ildən İnterpolun vitse-prezidentidir.

Qəzetin məlumatına görə, onun noyabrın 21-də keçiriləcək seçkilərdə təşkilatın prezidenti seçilməsi, demək olar ki, təmin olunub.

Mənbə deyib ki, Britaniya hökuməti A.Prokopçukun seçiləcəyinə əmindir və buna mane olmaq niyyətində deyil.

Qəzetin bilgisinə görə, rusiyalının yeganə rəqibi hazırda İnterpolun başçısı vəzifəsini icra edən Cənubi Koreya vətəndaşı Kim Çen Yanqdır.

Eyni zamanda Cənubi Afrikanın da təşkilatın rəhbəri postuna namizədini irəli sürəcəyi də istisna edilmir.

Xatırladaq ki, İnterpolun rəhbəri Men Hunvey istefa verib. O, Çində qanun pozuntusunda şübhəli bilinir, onun barəsində yoxlamalar aparılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR